Səudiyyə Ərəbistanı və İran arasında növbəti qalmaqal baş veribbackend

Səudiyyə Ərəbistanı və İran arasında növbəti qalmaqal baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bourget Konfrans Salonunda keçirilən toplantıda çıxış edən Turki əl-Faysal İran inqilabının lideri ayətullah Xomeyninin və ondan sonrakı liderlərin İran inqilabını dünyanın başqa ölkələrinə yaymağa çalışdıqlarını, digər tərəfdən isə İranı dünyada təkləyən siyasət yürütdüklərini bildirib. O, tək siyasi fəalların deyil, İrandakı etnik və din azlıqların da bu siyasətə qarşı çıxdığını vurğulayıb. Səudiyyə Ərəbistanının şahzadəsi ayətullah Xomeyninin ilk qurbanının İran xalqı olduğunu bəyan edib. Azad İran Hərəkatının lideri və İran Müqavimət Milli Şurasının rəhbəri Meryem Rajavi isə İran rejiminə qarşı çıxanların sayının və təsirinin artdığını söyləyib.

Səudiyyə Ərəbistanının şahzadəsinin bu çıxışına İranın reaksiyası da gecikməyib. İranın rəsmi İRNA agentliyinə açıqlama verən İran Xarici İşlər Nazirliyinin rəsmisi Səudiyyə Ərəbistanının terrora dəstək verməkdə ittiham edib. (apa)

İnterpress.az