Xocalıya cavab vermək…backend

Xocalıya cavab vermək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir millət olan etnosun tarixində yüksəlişlə bərabər çöküş məqamları da olur. Zalımın dünyasında bu yüksəliş qəddar despota çevrilib zəifləri udmaq, yaratdığı qan teştinə baxıb zövq almaqdır. Adilin dünyasında bu yüksəliş məzlumlara dayaq olmaq, ağı qaradan seçib qorumağa bərabərdir.

Tariximiz boyu yüksəlişlərin coşqusu ilə dünyaya mərhəmət, ədalət, gözəllik gətirdik. Saysız dövlətlər, cahanşümül imperiyalarla haqqın dəngəsini qorumağa çalışdıq. Bizim güclü olduğumuz yerdə haqqın xeyir- duası vardı. Bizim güc olduğumuz yerdə Şeytan zəifdi. Nə vaxt ki, güc biz idik şeytan qınına çəkilmişdi. Elə hər şey şeytanın əzablarından başladı. Axı dünyaya hökm edən qılıncın tiyəsi Tanrı ədalətinə yaxın olduqca onun fəaliyyət meydanı daralırdı.

Beləcə bizim də çöküşümüz bağlı qapı arxasında xosun –xosun gedən gizli danışıqlardan, açıq döyüşlərdə iman və qol gücünə yenik düşən şərin hiyləgər planlarıyla dünyaya amansız hökm etmək ehtirasından başladı.

Əslində dəfələrlə ayaqlanıb şahə qalxmaq istəyən bu qüvvə Tanrı əsgərinin qılıncının tərs üzüylə bir neçə kərə yerində oturmağa məcbur olmuşdu. İndi XXI əsrdir. Millət olaraq çöküşümüzün təməli qoyulduğu gündən tam 500 ilə yaxın bir zaman məsafəsindəyik. Dövlət olaraq onurğa sütünumuzun sındırıldığı gündən isə tam 200 ilə yaxın bir zaman adlamışıq. Bu müddət ərzində əks qüvvənin nəfəsi genişlənib, qara ruhu bütün Yer kürəsinə pərvaz edib. Bu müddət ərzində biz gerilədik, hökmümüzü, gücümüzü, dövlətimizi itirdik, ilahi idarə yetənəyimizdən təcrid olunduq. Hətta gün oldu ki, zamanın ölüm və qalım sualının ağırlığı altından güc- bəla ilə sıyrılıb nəfəsimizə nəfəs qatdıq, ocağımızı sönməyə qoymadıq, söndürməklərinə icazə vermədik. Saysız – hesabsız soyqırımlarla, represiyalarla ocağımızın külünü göyə sovurmaq istədilər. Fiziki məhvlə, siyasi – iqtisadi əsarətlə, tükədilən milli enerjimiz bizi mənəvi aşınma, ruh defisiti qarşısında qoydu. Gün oldu ki, “biz millət deyilik” , “biz hələ millət ola bilməmişik” deyib aşağılanma kompleksinə də qapıldıq, özgüvənsizlik yaşadıq.

Bu gün dünyanın həmin qara rəngli xərşəng arenasında bacara bildiyimiz qədər müstəqil idarə etməyə cəhd etdiyimiz, o böyük səltənətdən əlimizdə qalan bir tikə üzərində qoruyub saxlaya bildiyimiz, ölçümüzə dar gələn kiçik dövlətimiz var. Bir əsr öncə itirdiyimiz dövlətçilik yetənəyimizə yenidən qovuşmaq, millət olaraq tarixdən silinib getmək təhlükəsini önləmək, gələcək nəsillərə mirasımızın olduğunu bildirmək və çatdırmaq üçün dövrün ağır şərtləri qarşısında İrəvanımızı qurban verib, qalan torpaqlarımızda öz ayaqlarımızı yenidən möhkəmlətmək istədik.
Bundan sonrası hər kəsə məlumdur. Bir zaman “Türkmənçay” la damarımızı kəsib yurdumuza hayların kütləvi köçürülməsini təşkil edən çar Rusiyası adlanan bir imperiyanın sonra da Sovetlər Birliyi qiyafəsində yenidən dirçələn dövlətçilik ruhumuzu qeyri- bərabər qüvvələr və əlverişsiz siyasi şərait fonunda boğmağı… Suriyanın boz səhralarından dilənçi sərgərdan kimi gəlib Türk İranının bərəkətli torpaqlarında ətə – qana dolmuş haylara türkdən oğurladığı “Ərmən” adı altında bəlirsiz tarixində heç vaxt görmədiyi bir dövlət qurmağı və sairə və ilaxır…Nə isə, çox şeylər oldu, çox haqsızlıqlara məruz qaldıq, çox bəlalara düçar olduq. Və məhz “ermənistan” adlanan o nöqtədən sonra bu siyahını çox uzatmaq olar.
Bu gün isə tarix 2015 , 26 fevralı göstərir. Müdhiş hadisənin keçdiyi o gündən düz 23 il keçir. Biz hələ ki, hadisələrə aydınlıq , “ Xocalıya ədalət!” sorağındayıq. Biz hələ ki, səsimizi qulaqları \”kar\” olmuş dünyaya çatdırırıq. Dünya isə, sözümün əvvəlində dediyim həmin qara qüvvənin əsarətindədi…

Ancaq, bir gün gələcək bizə acı çəkdirənlərin hər birinə almalı olduğu layiqli cavabı verəcəyik.

Onda, \”Xocalıya ədalət!\” yox, \”Xocalıya cavab!\” istəyəcəyik. Onda faciələrimizi sübut etmək deyil, faciələrə əvəz diləyəcəyik.
-Xocalıya cavab vermək 1100 il bundan öncə babamız Babəkin etdiyi kimi, hayları bu torpaqlardan gəldikləri yerə qədər qovmaq ,son nəfərinə qədər təmizləmək olacaq…

-Xocalıya cavab vermək Türkmənçay müqaviləsi ilə belimizi sındırıb bizi İranda və Qafqazda məqamdan salan Rusiyanı onun taleyində \”Türkmənçay\” olacaq bağlaşmaya məcbur edib diz çökdürmək olacaq…

-Xocalıya cavab vermək oğru pişik kimi fürsət gözləyib hər dəfəsində yadların əli ilə İran taxtına yiyələnən farsları 1400 il bundan öncəki sükütlarına kömüb İranda yenidən türk idarəsini və iradəsini bərpa etmək olacaq…

-Xocalıya cavab vermək tarixin arxa səhifələrindən həsrətlə boylanan dövlətçilik gücümüzə və milli xarakterimizə sahib çıxıb Səfəvilər dövlətimiz kimi Avropanı yenidən lərzəyə salmaq olacaq…

-Xocalıya cavab vermək bütöv bir qitəyə, materikə ad vermiş ulu Az Ər elinin alovu ilə dünyadakı haqsızlıqları qarsmaq, insanlığın üzünü güldürmək olacaq…

-Xocalıya cavab vermək türkün birliyinə nüvə olub Haqqın imperiyasını qurmaq olacaq…

-Xocalıya cavab vermək son yüzili uğursuz inqilablar şəhərinə çevrilmiş Təbrizi yenidən səltənət mirasına qovuşdurmaq olacaq…

-Xocalıya cavab vermək Bakı məşəlini türk çaxmaqı ilə alışdırmaq olacaq…

-Xocalıya cavab vermək talan olmuş yurdlarımızın ağrısını bütün damarlarda hiss etmək olacaq…

-Xocalıya cavab vermək İrəvanda yenidən ucaldılacaq türk qalasına kərpic olmaq olacaq…

Xocalıya cavab vermək bütün bunları bacarmaq olacaq…
Bunlar bir gün mütləq olacaq!
Onda ağlamağa, fəğan etməyə, inandırmağa ehtiyac qalmayacaq.
Xocalıya cavab vermək Tanrını sevindirmək, Şeytanı küsdürmək olacaq!!!
Onda Biz- Dövlət , Dövlət -Din- İman olacaq…