Fransa Qarabağ danışıqları prosesinin bərpasını alqışlayırbackend

Fransa Qarabağ danışıqları prosesinin bərpasını alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Bakıda Fransa Respublikasının milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərində görə, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün yer verməkdən şad olacaq.

Diplomat Azərbaycan və Fransa arasında dialoqun intensiv inkişafını, həmçinin bütün sahələrdə sıx münasibətlərin olduğunu qeyd edib.

Səfir azərbaycanlı investorları ölkəsində görmək istədiyini də deyib: \”İki ölkə arasında iqtisadi əlaqələr müsbət inkişaf edir\”.

A.Buşez vurğulayıb ki, Fransa Azərbaycanda multikulturalizm mədəniyyətini və tolerantlığı qiymətləndirir.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan Fransa ilə münasibətləri yüksək qiymətləndirir: \”İkitərəfli münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir\”.

Onun sözlərinə görə, Fransa Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir: \”Azərbaycan ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransanın səylərini də yüksək qiymətləndirir\”. ( trend.az )

İnterpress.az