Iyulun 14-ü axşam saat 21 radələrində rayonun Oxut kənd sakini, 1961-ci il təvəllüdlü Nazim Murad oğlu İsmayılov sol əlinin əqrəb sancması xəsarəti ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, 55 yaşlı N. İsmayılov yaşadığı evdə dəsmalı götürüb əl-üzünü silmək istəyən zaman əqrəb onun əlindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. İsmayılova lazımı tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Interpress.az