İŞİD terror qruplaşması iyulun 14-ü yerli vaxtla 23:30-da Fransanın Nitsa şəhərində həyata keçirilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Agentliyin məlumatına görə, 80 nəfərin ölümünə , 100-dən çox insanın yaralanmasına səbəb olan teraktı İŞİD terror qruplaşması həyata keçirib.
Qeyd edək ki, Nitsa şəhərində baş vermiş hadisədən sonra Fransada fövqəladə vəziyyət 3 ay müddətində uzadılacaq.
Terror aktını Tunis əsilli fransız vətəndaşının həyata keçirdiyi bildirilir.
İnterpress.az