Azərbaycan XİN Fransada törədilmiş terror aktını pislədibackend

Azərbaycan XİN Fransada törədilmiş terror aktını pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik\”.

Bu barədə XİN-in mətbuat xidmətinin Nitsada törədilmiş terror aktı ilə əlaqədar mətbuata yaydığı açıqlamada bildirilib.

Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: \”Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır\”.

XİN hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.

İnterpress.az