Fransadakı terrorda ölənlərin sayı 84-ə çatdı-VİDEObackend

Fransadakı terrorda ölənlərin sayı 84-ə çatdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hücumu həyata keçirən təcavüzkar öldürülüb. Fransız mətbuatı polisin öldürdüyü təcavüzkarın 31 yaşlı Tunis mənşəli olduğu və Nitsa şəhərində yaşadığı haqda məlumat yayıb .

Fransa prezidenti Olland baş verən dəşətli terror hücumuna münasibət bildirib. O, bunun dəyərlərə, insan haqlarına hücum olduğunu deyib:

“Terrora qarşı mübarizədə hər şeyi etməliyik. Hücumu reallaşdıran şəxsin yanında başqalarının olub-olmadığını hələlik bilmirik. Araşdırmalarımız davam edir. Fransa milli bayram günü vuruldu. Bu bayram, azadlıq və insan hüquqlarının bayramıdır. Hücumun hədəfində də sözsüz ki, bu dəyərlərdir”.

Olland fövqəladə vəziyyətin daha 3 ay uzadılacağını da bildirib.

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 73-ə çatıb. 120-dən çox insanın xəsarət aldığı bildirilir.

“Hazırda şəhərdə xüsusi əməliyyat keçirilir” – deyə Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Anri Brande jurnalistlərə bildirib. O, əlavə edib ki, şəhərdə heç kim girov götürülməyib.

DİN nümayəndəsi əlavə edib ki, baş nazir Manuel Vals hadisə ilə əlaqədar təcili olaraq Nitsaya gəlir.

İnterpress.azhttps://youtube.com/watch?v=j_IU4UF51MEhttps://youtube.com/watch?v=9DFkRtPGV3whttps://youtube.com/watch?v=CJ9qfiiwhk0https://youtube.com/watch?v=469ymQRZzwY