\”The Guardian\” qəzetinin verdiyi xəbərə görə, Kosovanın paytaxtı Priştina şəhərinin əhalisinin yarısından çoxunun suyu kəsilib.
200.000-dən çox insanın suyunun kəsilməsinin səbəbi Badovak su anbarının ətrafında dolaşan 5 nəfər olub. Şübhəli şəxslər polis tərəfindən saxlanılıb. Onların İŞİD terror təşkilatının ideoloji üzvü olduğu ortaya çıxıb. Məlum olub ki, terrorçular su anbarına zəhərləyici maddələr qatıb şəhər əhalisini zəhərləmək istəyiblər.
Anonim mənbədən \”Reuters\”-ə verilən məlumata əsasən, saxlanılan şəxslərdən ikisi keçən il Suriyada İŞİD-ə qatılmaq üçün gedən və qayıdarkən 1 il müddətinə həbs olunub azadlığa çıxan terrorçular olub.
Kosova təhlükəsizlik orqanlarının bildirdiyinə görə, indiyədək İŞİD terror təşkilatına 200 kosovalı qoşulub. Onlardan 30-dan çoxu öldürülüb. (islamazeri)
İnterpress.az