Məlumata görə, heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma Papası Fransiskin portretini hazırlayıb.
Bunun üçün o, Romaya dəvət edilib. Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tacın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsiqnor Sançez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o bunu yüksək sənət incisi adlandırıb.
Azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Müqəddəs Taxt-Tacın Mədəniyyət Nazirliyinə ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. Portret artıq Müqəddəs
Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.Qeyd edək ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professorudur.
Xatırladaq ki, Roma Papasının bu ilin payızında Azərbaycana səfəri gözlənilir. Məlumata görə, səfər oktyabrın 2-də olacaq. Bundan öncə isə o, Gürcüstanda olacaq. (ans)
İnterpress.az