Belə ki, naməlum şəxs yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürərək 2 kilometr irəliləyib. Yük avtomobilinin altında qalaraq ölənlərin sayı 84-ə çatıb. Terror aktına görə “İslam dövləti” terror qruplaşması (İŞİD) məsuliyyəti öz üzərinə götürüb.
Avtomobillə insanlara hücum edilməsi üsulu 2014-cü ildə İŞİD nümayəndəsi tərəfindən yayımlanan videonu ağıllara gətirib. Videoda terrorçu deyir:
“Əgər bomba, ya da güllə tapa bilmirsinizsə, cahil amerikalı, fransız və onların müttəfiqlərini tək-tək seçin. Başlarını daşla əzin, ya da onları bıçaqla öldürün. Maşınlarınızı üstlərinə sürün, ya da onları yüksək bir yerdən tullayın. Onları boğun, ya da zəhərləyin”.
Qeyd edək ki, yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub. (milli/az)
Interpress.az