Qiymət artımı nəqliyyat sektorundan başlaya bilər. İlk olaraq metroda gediş haqqının bahalaşacağı gözlənilir.
Bakı Metropoliteninin mərbuat xidmətinin rəhbəri Nəsimi Paşayev fins.az-a açıqlamasında bildirib ki, indi bu məsələ aktual deyil: \”Bakı Metropoliteni gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. Ümumiyyətlə, hələlik bu məsələ müzakirə edilmir\”.