İnterpress.az-ın veriyi xəbərə görə, müdafiə nazirliyimiz bu xəbəri gizlətməyə çalışıb.
Hətta zabitimizin şəhid olması xəbərini mətbuata çıxardığına görə \”Haqqin.az\” saytının redaktoru Eynulla Fətullayevi ittiham edib. Bu barədə Eynulla Fətullayev sosial şəbəkədə paylaşdığı statusunda yazıb:
\”Dünən Azərbaycan zabiti Toğrul Məmmədov şəhid olub. Müdafiə Nazirliyi isə bu məlumatı gizlədib. Guya zabit Azərbaycan uğrunda yox, Ermənistan naminə şəhid olub! Utanmırlar!!! Elə bu Vətənə xəyanətdir. Bundan sonra kim övladını əsgər göndərər? Haqqin.az saytı Toğrul Məmmədovun şəhid olması ilə bağlı məlumatı yaydı. İndi Müdafiə Nazirliyi bizi buna görə ittiham edir. Sizə bir daha bildirirəm, Vətən uğrunda həlak olan hər bir şəhidin adını açıqlayacam. Və heç kim bunu mənə qadağan edə bilməz! Aydındır Sizə?! Utanın, ən azı özünüzü şəhid olmuş zabit və əsgərlərin, onların yaxınlarının yerinə qoyun!!! Ermənistan Müdafiə Nazirliyi öz şəhidlərinin xatirəsinə bu cür münasibət bəsləmir!!!\”
İnterpress.az[b][/b]