Tərkib:
3 ədəd yumurta
1,5 st. şəkər tozu
3 st. un
1 paket qabartma tozu
1 paket vanil
1 ç.q. darçın
5 ədəd şaftalı
½ st. bitki yağı
1 st. süd
Hazırlanması:
Yumurta və şəkər mikserlə çırpılır.
Un geniş qaba ələnir, üzərinə qabartma tozu, darçın və vanil əlavə edilir.
Unlu qarışıq yumurtalı qarışığa qatılır.
Kütləyə bitki yağı, süd əlavə olunub qarışdırılır.
Xəmir yağlanmış formaya tökülür, üzərinə dilimlənmiş şıftalı düzülüb 175 dərəcəyədək qızdırılmış sobada 35 dəq. bişirilir,.
Piroqun üzərinə şəkər kirşanı səpilib dilimlənir.
İnterpress.az