Rza Zərrabın işi: prokuror Bharara 3 naziri axtarışa veribbackend

Rza Zərrabın işi: prokuror Bharara 3 naziri axtarışa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatından verilən xəbərə görə, Nyu York Federal prokuroru Prit Bharara Rza Zərrabın barəsində həbs sanksiyasını verərkən Türkiyə hökumətinin 3 keçmiş nazirinin və “Halkbank”ın keçmiş rəhbərinin də barəsində axtarış qərarı çıxarıb.

Bu detal Rza Zərrabın vəkillərinin prokurorların dəlilləri “qeyri-qanuni yolla əldə etdiyinə” dair məhkəməyə təqdim etdiyi vəsadətlə ortaya çıxıb.

Rza Zərrabın işi: prokuror Bharara 3 naziri axtarışa verib

Məlum olub ki, məhkəmə prokuror Bhararanın təqdimatı əsasında Rza Zərrabın barəsində həbs qərarı verərkən onun keçmiş nazirlər Zəfər Çağlayan, Muammer Güler, Erdoğan Bayraktar və “Halkbank”ın keçmiş rəhbəri Süleyman Arslanla əlaqələrinin araşdırılmasına da icazə verib. Başqa sözlə, prokuror Bharara keçmiş nazirlərin də Rza Zərrabla cinayət ortağı kimi axtarışının və saxlanılmasının həyata keçirilməsinə icazə alıb. Həmin qərar imkan verir ki, keçmiş nazirlər ABŞ-a ayaq bassa həbs olunsun.

Rza Zərrab ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda, bu məqsədlə çoxsaylı saxta şirkətlər yaradaraq irimiqyaslı pulyuma əməliyyatı həyata keçirməkdə və digər əməllərdə ittiham olunur. Türkiyə hökumətinin keçmiş nazirləri isə rüşvət alaraq bu işdə Rza Zərraba yardım ediblər. (virtualaz.org)

İnterpress.az