Bakı Nəqliyyat Agentliyindən İnterpress.az-a verilən məlumata görə, bu sahədə sərnişinlərə göstərilən xidmətin daha müasir və yüksək standartlara uyğun təşkili məqsədi ilə müntəzəm sərnişindaşıma xidməti ilə məşğul olan daşıyıcı şirkətlər qarşısında qanunvericilikdən eləcə də avtobuslar üçün nəzərdə tutulan yeni konsepsiyaya uyğun olaraq konkret tələblər qoyulub.
Sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasını təmin etmək, qoyulan tələblərin icra vəziyyətini yerində öyrənmək və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərdə monitorinqlər aparır. Növbəti belə monitorinq 12.06.2016-cı il tarixində Bakı Nəqliyyat Agentliyinin Baş direkoru Vüsal Kərimlinin iştirakı ilə “Xaliq Faiqoğlu”MMC-də keçirilib. Monitorinq zamanı MMC-nin təmir mərkəzinə baxış keçirilib. Əsas diqqət müasir diaqnostika cihazlarının olmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə yönəldilib. Həmçinin mərkəzdə əməyin mühafizəsinin təşkili, avtobuslara gündəlik baxış və digər zəruri xidmətlərin göstərilməsi vəziyyəti yoxlanılıb. Təmir mərkəzində avtobusların daxili və xaricinin təmizlənməsi, sürücülərin xəttə çıxmamışdan əvvəl həkim müayinəsindən keçməsi üçün tibb məntəqəsinin, dispetçer, ehtiyyat hissələri üçün anbar və ofis otaqlarının olması barədə məlumat verilib.
Montorinqdə Bakı Nəqliyyat Agentliyi nəzdində fəaliyyət göstərən nəqliyyat sisteminin təkminləşdirilməsi üzrə xarici ekspert qrupunun rəhbəri Panaqiotis Rotopsaltis və agentliyin müvafiq şöbələrinin məsul şəxsləri iştirak edib.
Monitorinqin sonunda Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli “Xaliq Faiqoğlu”MMC-nin rəhbərliyinə sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, tapşırıq və tövsiyyələrini verərək, yüksək xidmətin təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.
İnterpress.az