Bu məqsədlə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili artıq Ankaraya yola düşüb.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, G. Kvirikaşvili Türkiyənin baş naziri Binəli Yıldırımla telefon danışığında iclasın keçirilməsinə hazır olduğunu deyib. Tərəflər bu səfərin əhəmiyyətini vurğulayıb və strateji tərəfdaşlığın bütün istiqamətləri üzrə müzakirələrə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyə-Gürcüstan Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə qərar hər iki ölkə baş nazirləri tərəfindən Davosda qəbul edilib. (apa)
İnterpress.az