Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən bildirilib ki, ANS telekanalına qarşı cinayət işi açmayıb və ilkin araşdırma aparılır.
Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a deyib ki, ən yaxın zamanda Baş Prokurorluq ANS-in işi üzrə rəsmi məlumatla çıxış edəcək.
Lakin bu dəqiqələrə kimi telekanalın redaksiyası möhürlüdür və əməkdaşlar ANS-in binasına daxil ola bilmirlər. Virtualaz.org dəqiqləşdirib ki, ANS-in ofisi Baş Prokurorluq tərəfindən deyil, Azərbaycan DİN Səbail Rayon Polis İdarəsi tərəfindən möhürlənib.
Həmçinin xatırladaq ki, bu gün MTRŞ ANS telekanalının sonrakı taleyi üzrə son qərarın çıxarılacağı xüsusi iclas keçirir.