\”Report\” Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş məmur mühafizə polisinin tapançasıyla öz başına atəş açıb.
Məlumata görə, Manisada iyulun 18-də vəzifəsindən uzaqlaşdırılmış 3 qubernatordan biri olan Necmi Akman Ulucamidə polis Ahmet G-nin ani ehtiyatsızlığından istifadə edərək onun belindəki tapançanı ələ keçirib. Polisin cəhdlərinə baxmayaraq o, silahdan öz başına atəş açıb.
Hadisə yerinə çağırılmış təcili yardım maşınıyla əvvəlcə Ahmetli Dövlət Xəstəxanasına çatdırılmış Necmi Akman ilkin tibbi yardımdan sonra Turqutlu Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlər ağır yaralanmış keçmiş məmurun həyatını xilas edə bilməyiblər.
Tapançası alınmış polis Ahçet. G isə ifadəsi alınmaq üçün saxlanılıb.
İnterpress.az