Azərbaycan çempionu \”Qarabağ\” bu gün növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi Lüksemburqda \”Düdelanj\”lın qonağı olacaq. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn \”Qarabağ\” növbəti mərhələyə çox yaxındır. Bunun üçün Qurban Qurbanovun komandasını minimal hesablı məğlubiyyət də qane edəcək.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın \”Viktoriya\” klubu ilə qarşılaşacaq.
20 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:00. \”Düdelanj\” (Lüksemburq) – \”Qarabağ\” (Azərbaycan)
İlk oyun – 0:2
Baş hakim: Kevin Klansi idarə edəcək.
Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
\”Jos Nosbaum\” stadionu.