“Sky News-Arabia” televiziyasının yaydığı məlumata görə, koalisiyanın aviazərbələri nəticəsində qadınlar və uşaqlar da daxil omaqla Suriyanın 100-dən artıq dinc sakini həlak olub.
Onlarla insan ağır bədən xəsarətləri alıb. Bombalama Aleppo vilayətinin At-Tauhar kəndində qeydə alınıb. Sözügedən kənd Türkiyə-Suriya sərhədinə yaxın ərazidə yerləşir.
Ölü sayının artacağı istisna edilmir. Dağılan evlərin altında taleyindən hələ də xəbər olmayan xeyli insanın qaldığı deyilir.(azadinforum)
İnterpress.az