Jurnalistlərin suallarını cavablandıran prezidentin müşaviri Alik Sarkisyan bildirib ki, ölkə prezidenti \”işinin başındadır, lazım gələrsə, bəyanat verəcək\”. Bununla birlikdə, müşavir sonuncu dəfə prezidenti nə vaxt görməsi ilə bağlı verilmiş suala cavab verməkdən yayınıb.
Eyni zamanda, Yerevanda polis bölməsinin binasını zəbt etmiş silahlı qrupun lideri Pavlik Manukyan daha bir girovu sərbəst buraxmaq təklifini rədd edib.
\”Əgər siz həmkarlarınıza görə belə narahat olursunuzsa, polis rəisi Vova Qasparyan özü gəlib onları əvəz etsin.
Gəlsin yanımıza, bütün girovları azad edək\”, – o deyib.(virtualaz.org)
İnterpress.az