Modern.az saytının xəbərinə görə, bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Hal-hazırda qalan girovların azad edilməsi və vəziyyətin danışıqlar yolu ilə həlli üçün üçün aktiv adımlar atılır”,-deyə bildirilib.
Qeyd edək ki, iyulun 17-də Yerevanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını tutub. Hazırda 4 polisin girovluqda olduğu bildirilir.
Qiyamçılar siyasi fəalların, o cümlədən Müəssislər Məclisi müxalif təşkilatının lideri Jirayr Sefilyanın və Şant Harutyunanın azadlığa buraxılmasını tələb edir.
İnterpress.az