Bunu Şuranın Aparat rəhbəri Toğrul Məmmədov bildirib.
Onun sözlərinə görə, indiyə kimi ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı bir televiziya – \”Lider TV\” MTRŞ-ya hesabat təqdim edib: \”Hesabatın təqdim olunması üçün televiziya kanallarının bu ilin sonuna kimi vaxtı var\”.
T.Məmmədov onu da bildirib ki, ANS televiziyasının yayımı dayandırılsa da, telekanalla MTRŞ arasında olan məhkəmə prosesi davam edəcək və şirkət dövlət tərəfindən ayrılmış 161 min vəsaiti dövlət büdcəsinə geri qaytaracaq.
Qeyd edək ki, bu il mayın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Həmin məbləğ özəl yayımçılar arasında bərabər məbləğdə bölünüb.
İnterpress.az