ANS telekanalı Vahid Mustafayevin əlindən alınırbackend

ANS telekanalı Vahid Mustafayevin əlindən alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 saat.org-a daxil olan məlumata görə, telekanalın qapanması həm də bununla bağlıdır.

Məlumat üçün deyək ki, iyulun 18-də ANS-in yayımı dayandırılıb. Buna səbəb telekanalın əməkdaşı Qənirə Ataşovanın iyulun 15-də Trükiyədə baş tutmayan hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülənin keçirdiyi mətbuat konfransında iştirakı olub.

MTRŞ ANS-in yayımını dayandırmaqla kifayətlənməyib. Telekanalın lisenziyasının ləğv edilməsilə bağlı məhkəməyə də müraciət edib.

Məsələnin bu qədər dramatikləşdirilməsi yuxarıda qeyd etdiyimiz səbəbdən, hakimiyyətin artıq ANS-i tam nəzarətə götürmək istəyindən irəli gəlir. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, bu məsələ çoxdan hakimiyyətin gündəmində olub. Sadəcə uyğun məqam gözləyiblər. Məlumatda həmçinin bildirilir ki, iş adamı Mübariz Mənsimovun ANS-də Azərbaycan məmurlarını sərt tənqid etməsi hakimiyyətin qəzəbinə gəlibmiş. Telekanala qarşı hücum elə o müsahibədən sonra baş verməliymiş. Lakin son anda qərar dəyişib.

Məlumatda iddia edilir ki, ANS-in lisenziyası ləğv edildikdən sonra bu adda yeni düzəndə telekanal fəaliyyətə başlayacaq. Lakin mümkündür ki, məsələ məhkəməsiz də həllini tapsın. Yəni, ANS-in rəhbərliyi könüllü şəkildə telekanalı əldən verərsə, MTRŞ-in iddiası qəbul olunmayacaq.

ANS ətrafında baş verənlərlə bağlı başqa mülahizələr də var.

Bəzi ehtimallara görə, telekanal ətrafında baş verənlər hakimiyyət daxilində bu media quruluşu uğrunda qızğın mübarizənin də təzahürü ola bilər. “Xatırlayırsınızsa bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının qərarı ilə ANS-in “Hesabat” verilişinə qadağa qoyulmuşdu. Lakin qadağa uzun çəkmədi. ANS bu davada qalib çıxdı. Həmin vaxt bu, iqtidardakı bir qrupun digər qrup üzərində qələbəsi kimi dəyərləndirildi. İndi baş verənlər də həmin prosesin davamıdır. Sadəcə bu dəfə birinci “savaşda” məğlub olanlar qalib durumdadırlar”, – deyə məlumatlı mənbə bildirib.

İnterpress.az