Tərkib:
200 qr hisə verilmiş toyuq əti
12 ədəd təzə xiyar
150 qr duzlu göbələk
1 ədəd baş soğan
4 ədəd yumurta
mayonez və ya xama
1 x.q. bitki yağı
göy soğan
duz, istiot
Hazırlanması:
Göbələk halqavarı, soğan xırda doğranıb bir qədər qızardılır.
Toyuq əti, xiyar samanvarı doğranır, qaynadılmış yumurta rəndədən keçirilir, göy soğan xırdalanır.
Ərzaqlar lay-lay, aralarına xama çəkilərək, duz, istiot səpilərək nimçəyə yığılır: toyuq əti, xiyar, göbələk-soğan qarışığı, göyərti, yumurta.
Hazır salat zövqə görə bəzədilib soyuducuya yerləşdirilir.
İnterpress.az