Bakı Nəqliyyat Agentliyinin baş direktoru qəzada xəsarət alanları ziyarət edibbackend

Bakı Nəqliyyat Agentliyinin baş direktoru qəzada xəsarət alanları ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda xəstəxanada müalicəsi davam etdirilən xəstələrin vəziyyəti stabildir və Bakı Nəqliyyat Agentliyi məsələni sonacan diqqətdə saxlayacaq.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında 17.06.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində 171 saylı marşrut xətti üzrə xidmət göstərən \”Daewoo\” markalı avtobus və \”Shacman\” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanları ziyarət edib.

Hadisə zamanı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. (musavat)

İnterpress.az