Tərkib:
2 ədəd pomidor
1 ədəd qırmızı baş soğan
1 ədəd xiyar
1/2 hissə aysberq kələmi
1/2 dəstə təzə nanə
1/2 dəstə cəfəri
2 ədəd pita çörəyi
1 x.q. sumax
1 diş sarımsaq
2 x.q. üzüm sirkəsi
1 ədəd limon
2 x.q. zeytun yağı
Hazırlanması:
Tərəvəzlər iri şəkildə, göyərti xırda doğranır.
Sirkə, yağ, limon suyu və əzilmiş sarımsaq qarışdırılır.
Pita sobada 5 dəq. qızardılır.
Doğranmış tərəvəzlərin üzərinə sous gəzdirilir, sumax səpilir, kiçik parçalara bölünmüş pita çörəyi əlavə olunub qarışdırılır.
İnterpress.az