Sakinlərin sözlərinə görə, yaşadıqları məhəllənin yolları bərbad durumda olmasına baxmayaraq, yolları hələ də təmir olunmayıb.
Belə ki, qışda əraziyə su çəkilməsi məqsədi ilə yollar qazılsa da sakinlərə söz verilib ki, işlər bitdikdən sonra yollara asfalt örtüyü vurulacaq.
Amma təmir işlərinin üstündən 2 aydan çox vaxt keçməsinə baxmayaraq yollar hələ də təmir olunmayıb.
Sakinlər Səbail rayonu icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək bildirirlər ki, yolları tez bir zamanda bərpa olunmasa onlar etiraz aksiyaları keçirmək məcburiyyətində qalacaqlar. (moderator.az)
İnterpress.az