Ərdoğan hərbi çevriliş cəhdini yeznəsindən öyrənibmişbackend

Ərdoğan hərbi çevriliş cəhdini yeznəsindən öyrənibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə prezidet özü Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

Ərdoğan deyib ki, qiyamçılar onun ətraf aləmlə bütün telekommunikasiya vasitələrini kəsiblərmiş və o, demək olar ki, tam təcrid olunubmuş. Belə bir vaxtda ona bacısının əri məlumat ötürə bilib.

Qeyd edək ki, Ərdoğan həmin gecə Dalamanda oteldə istirahətdə olub. Onun hərbi yavəri Əli Yaızıçının və digər yavərlərinin qiyamçı generallarla əlbir olduğunu nəzərə alsaq, prezidenti təcrid etmək qiyamçılar üçün çətin olmayıb.

Ancaq ilk xəbəri alan Ərdoğan təcili şəkildə oteldən ayrılaraq İstanbula yola düşüb, xalqa müraciət edib, polis təşkilatını, təhlükəsizlik xidmətini ayağa qaldırıb. ( musavat.com )

İnterpress.az