Köpək balığı 11 min kilometr üzdü, sahildə öldübackend

Köpək balığı 11 min kilometr üzdü, sahildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzunluğu 3 metr olan köpək balığı mako cinsinə aiddir. Adətən bu cins Atlantik okeanda, Argentina, Çili və ABŞ sahillərində yaşayır. Onun 11 min kilometr üzərək Böyük Britaniyaya necə çatması hələ də sual altındadır.

Ölü köpək balığını ilk kəşf edən fotoqraf Qvion Liqett olub. Öncə sahildə yaşayanlar yırtıcı heyvanın başına yığışıb, suvenir məqsədilə onun dişlərini çıxarıblar.

Bir müddət keçəndən sonra isə bioloqlar da hadisə yerinə gəliblər. Mako dünyada ən sürətli köpək balığı sinfinə daxildir. Onlar bir qayda olaraq dəniz heyvanları ilə qidalanır. (musavat)

İnterpress.az