Vicdanla desək, Ərdoğan getməlidirbackend

Vicdanla desək, Ərdoğan getməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış xalq yazıçısı, müasir dünyada detektiv janrın ən istedadlı nümayəndələrindən biri olan Çingiz Abdullayev Türkiyədə baş verən son hadisələrə öz münasibətini bildirib.

Çingiz Abdullayev:

“Açıq danışaq, Ərdoğan Atatürkün vəsiyyətlərindən sadəcə uzaqlaşmadı, o, həm də bütün bu illər ərzində ölkəni dəyişdi və onun yolunda başlıca maneə türk ordusu idi. Çoxları unudur ki, Mustafa Kamal Atatürk qətiyyətli antiklerikalist idi və dünyəvi dövlət tərəfdarı olub. Şübhəsiz, Türkiyə iqtisadiyyatının möhkəmlənilməsində, son uğurlarında, onun nüfüzunun yüksəlməsində Ərdoğanın xidmətləri etiraf olunmalıdır. Bununla bərabər, o da etiraf olunmalıdır ki, bütün bu illər ərzində Ərdoğan ordunun simasında özünün başlıca ideoloji düşmənini görmüş və şüurlu şəkildə onun dünyəvi ruhunu məhv etmişdir”,

Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Facebook sosial şəbəkəsindəki hesabında da Türkiyədəki son hadisələr prizmasından öz görüşlərini şərh edibr. Çingiz Abdullayev hadisələri isterikasız və lazımsız patetikaya yol vermədən dəqiq analiz etməyin vacib olduğunu qeyd edib.

Ç.A.

“Ancaq hər bir analitikə aydın idi ki, ordu gec-tez belə bir addım atacaq\”, – deyə o fikrini açıqlamışdır. “Başqa variant yox idi. Ya onun partiyası, ya da ordunun möhkəmlənmiş respublika və demokratik ənənələri! Bu qarşıdurma ovqatını aradan qaldırmaq üçün nə lazımsa birdəfəyə və həmişəlik edilməli idi. Ərdoğan öz niyyətinə çatmaq üçün hər şeyi etdi. Ancaq ənənələr olduqca güclü idi, ordu gec-tez qiyama qalxmalı idi. Ona Ərdoğan partiyasının seçkilərdə sistematik qələbəsi və açıq-aydın hamının gördüyü mövhumatlaşdırma xoş gələ bilməzdi”,

Onun fikrincə, indi ən qorxunc hadisələr baş verir. Türkiyə şəhərlərinin küçələrində türk əskərlərini və zabitlərini əzişdirirlər.

Ç.A.

“Hər bir ölkənin ordusu onun şərəf və ləyaqətidir. Putinin xatırlatdığı kimi, Sovet İttifaqının dağılması zamanı küçəlrdə zabitlərin furajkalarını vurub başlarından salırdılar. 1917-ci ildə zabitləri alçaldır, təhqir edirdilər, bu da dövlətin möhkəmlənməsinə imkan vermirdi. Bu Türkiyənin və türk xalqının əsl faciəsidir.

Başa düşürəm milyonlarla digər seçicilər var ki, nə Ərdoğan, nə də onun partiyası onların xoşuna gəlmir. Bəli, bu demokratiyadır! Və çoxları yaxşı başa düşür ki, Ərdoğanın məqsədi mütləq prezident hakimiyyəti və kardinal şəkildə Konsitiutusiyanın dəyişdirilməsidir.

Bu gün Ərdoğan və onun tərəfdarları qalib gəldi. Ancaq bu, Pirr qələbəsi idi (qurbanlarının sayına görə, məğlubiyyətə bərabər qələbə). Əgər ölkədə ordu öz Ali Baş Komandanına qarşı çıxırsa, demək ki, o öz leqitimlik ehtiyatını tam itimişdir. Ərdoğan daha bir neçə il ölkəni idarə edə bilər, lakin onun reputasiyasına dağıdıcı zərbə dəymişdir. Bütün türk ordusuna vurulmuş zərbə kimi. Yenə bir neçə min zabit və generalı həbs etmək olar, lakin qalanları onsuz da sonrakı hadisələrin necə olmasından asılı olmayaraq, bağışlamayacaq və xatırlayacaqlar. Ərdoğanın özünün sabiq ölkə prezidenti Güllə, baş nazir Davud oğlu ilə fikir ayrılıqlarını yada salmaq olar. Onlar ölkə qanunvericiliyinin dəyişdirilməsi üzrə radikal addımların atılmasında kifayət qədər davamlı deyildilər.

Gəlin, indi bütün mühakimələri bir tərəfə qoyub türk xalqının tanklardan, təyyarələrdən qorxmadan küçələrə çıxmasını xatırlayaq. Onların arasında nə baş verdiyini başa düşməyənlər də var idi, onlar Ərdoğan üçün və yaxud öndə gedən baş nazir üçün küçəyə çıxmamışdılar, onlar öz şəxsi ehtiras və simpatiyalarından asılı olmayaraq, müdafiəsi zəruri olan demokratiya üçün küçələrə çıxmışdılar. Onlar böyük xalq olduqlarını növbəti dəfə sübut etdilər”.

Çingiz Abdullayev burada yüzlərlə hakimin, o cümlədən Konsititusiya və Ali Məhkəmənin hakimlərinin vəzifədən uzaqlaşdırılmasına və həbs olunmasına toxunur. O, xatırladır ki, bütün dünyada məhkəmə hakimyyəti heç bir icra və qanunverici hakimiyyətkərdən asılı deyil, müstəqildir.

Ç.A.

“Bax indi başlanır əsl çevriliş. Artıq aydındır ki, əksər xarici qüvvələr Ərdoğandan narazıdırlar. O, isə bir səhvin ardınca digər səhvi edir. Hakimlərin həbsi və uzaqlaşdırılması bütün dünyada mühakimə olunacaq. O, bunu başa düşməlidir. Ancaq onu şüurlu şəklidə küncə qovurlar. Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq”,

Ancaq… Ordunu sistemli şəkildə alçaldırdılar, təhqir edirdilər, ələ salırdılar. Onu Konsititusiyanın əksinə olaraq, siyasi həyatdan götürmək istəyirdilər. İndi cavan uşaqları döyür, soyundurur, təhqir edir, öldürürlər. Dünyanın heç yerində qiyam vaxtı belə bir ölüm nisbəti olmayıb: əsgərlər mülki əhalidən çox ölüb. Bu o deməkdir ki, onları Ərdoğan tərəfdarlarının qələbəsindən sonra öldürüblər. Ərdoğan indi məhkumdur. Ondan hətta müttəfiqləri üz döndərir. Mübahisəsiz liderin, xarizmatik siyasətçinin çoxillik idarəetməsi olduqca uzun çəkdi. Ordu, ziyalılar, jurnalistlər dəqiq ondan üz çevirəcəklər. Biryolluq. Bu isə bizim sevimli Tüerkiyəmizin probleminə çevriləcək. Vicdanla desək Ərdoğan getməlidir. O öz ölkəsinə etdiklərindən daha çox ziyan vura bilər\”. (haqqın.az)

İnterpress.az