Güman edilən terrorçunun plaşının altından məftillər görünür.
Onun üzərində partlayıcının olması ehtimal edilir. Onun diz üstə dayanması və əllərini boynunun arxasına qoymasına baxmayaraq, polis partlayış təhlükəsinə görə şübhəliyə yaxınlaşa bilmir.
Sakinlər və bütün müəssisələrin əməkdaşları hadisə rayonundan təxliyyə edilib. Belçika polisinin nümayəndələri bildiriblər ki, vəziyyət nəzarət altındadır, ancaq şübhəlini həbs etmək hələ mümkün olmayıb.
Polis təxminən dörd saat davam edən əməliyyatdan sonra güman edilən terrorçunu saxlayıb. “Libre Belgique” qəzetinin elektron versiyasının məlumatına görə, şübhəli tələbə fizikdir. “Soir” qəzetinin elektron versiyasının məlumatına görə, saxlanılan elektromaqnit dalğalar və radiasiya fonunun səviyyəsinin ölçürdü.
Xatırladaq ki, bu gün Brüsselin mərkəzində yerləşən bir neçə küçə partlayış təhlükəsinə görə mühasirəyə alınmışdı.
İnterpress.az