Bakı haqqında yazıya görə Rusiyada sayt bağlandıbackend

Bakı haqqında yazıya görə Rusiyada sayt bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna səbəb kimi “Gazeta.ru” internet-nəşrinin şikayəti olub. Rusiya mətbuatından xəbər verilir ki, cəzalanmış saytın əməkdaşları ərizəçinin müəllif hüquqlarını pozublar.

Məhkəmə sənədlərində göstərilir ki, qərar “ədəbi əsərə aid intellektual hüquqların” qorunmasına yönəldilib. Belə ki, story-media.ru saytında işıq üzü görmüş “Bakı – Xəzərin mirvarisi” başlıqlı yazı Yelizaveta Mayetnayanın 2016-cı ilin mart ayında “Gazeta.ru”da dərc etdirdiyi “Tsigel-tsigel-ay-lü-lü: Bakıda nəilə məşğul olmalı” məqaləsinin tamamilə eynidir.

“Gazeta.ru”nun daxil olduğu “Rambler&Co” goldinqindən bildirilib ki, yazıların qanunsuz yerləşdirilməsi ilə daim mübarizə aparırlar.

Artıq dünən sözügedən sayt işləməyib, onun rəhbərliyi ilə əlaqə yaratmaq mümkün olmayıb. Qeydiyyatçı şirkətin məlumatına əsasən, sayt adı açıqlanmayan hüquqi şəxs tərəfindən qeydiyyatdan keçirilib. (virtualaz.org)

İnterpress.az