ANAMA-nın məlumatına görə, Ağdam rayonunun Mahrızlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 2 800 kv.m ərazi yoxlanılıb.
Tərtər rayonunun Həsənqaya kəndində 1 ev və həyatyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursatların qalıqları aşkar edilib, nəticə etibarilə 6 000 kv. m ərazi yoxlanılıb.
Şıxarx kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb, 1000 kv. m ərazi yoxlanılıb. Ümumilikdə 1 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv. m ərazi yoxlanılıb.
21 İyul tarixində hər iki rayonda ümumilikdə 3 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb, 9 800 kv. m ərazi yoxlanılıb.
İnterpress.az