Oyandıqdan sonra səhər yeməyini gecikdirməyin.
Səhər oyandıqdan sonra uzun müddət ac qalırsınız və ürəyiniz səhər yeməyi yemək istəmirsə, bu metabolizmin yavaşladığını göstərən bir işarə ola bilər. Çünki ac olduğumuz zaman bədən kalori yandırmağı dayandırır. Bədəni gecə yuxusundan ayırmaq və sistemin gün ərzində işləməsini təmin etmək üçün oyandıqdan sonra 30 dəqiqə içərisində nəsə yemək lazımdır. Metabolizmi sürətli saxlamaq üçün səhər yeməyi yeməyi unutmayın və gün ərzində müəyyən aralıqlar ilə qidalanmağa davam edin.
Susuzluq metabolizmi yavaşladır.
Bədənimizdəki bütün hüceyrələrin öz vəzifələrini yerinə yetirməsi üçün su vacibdir. Utah universitetində aparılmış bir araşdırmaya əsasən susuz qalındığı zaman 2 faiz daha az kalori yandırıldığı meydana çıxmışdır. Eyni araşdırma daha çox su içənlərin az su içənlərlə müqayisədə daha sürətli metabolizmə sahib olduğunu deyir.
Streslə mübarizə metabolizmi sürətləndirir.
Yaş artdıqca bədəndə yaratdığı qarışıqlıq metabolizmi yavaşladır. Streslə mübarizə aparmaq üçün meditasiya yaxşı üsuldur. Meditasiya ürək sağlamlığını yaxşılaşdırır və metabolizmi sürətləndirir. Vaxtı-vaxtında idmanla məşğul olmaq da metabolizmi sürətləndirməyə kömək edəcək.
Lazımi dərəcədə qidalanmamaq metabolizmi yavaşladır.
Arıqlamaq üçün az qidalandıqda bədən ac qalır və kalori yandırmağı buraxır. Beləcə, yediklərimizi depolamağa çalışır. Bu da, daha çox kökəlməyə səbəb olur. Metabolizm yavaşlayır və bədən enerji qaynağı kimi əzələləri istifadə edir. Qadınlar üçün günlük qəbul olunan kalori 1.200 kaloridən az olmamalıdır. (leydi.az)
İnterpress.az