Beyni işlədən qidalar:
Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin özünü bərpa etməsini təmin edərək, beynin fəaliyyətini inkişaf etdirir.
Qatıq:
İçində olan tirozin adlı maddə yaddaşı gücləndirib, beyni hərəkətə gətirir.
Qırmızı ət:
Dəmir deposu olan qırmızı ət xüsusilə uşaqlarda zəkanın inkişafı zamanı böyük rola malikdir.
Üzüm suyu:
Qısa və uzun müddətli yaddaşı gücləndirir. Ancaq eyni təsiri şərab vermir.
Çiyələk:
Antioksidant və C vitamini deposudur. Yaş irəlilədikcə zəifləyən beyin funksiyalarını qaydasına salır.
Kartof:
Qan şəkərini nizamlayır və bunun sayəsində beyin yaxşı işləyir.
Soya:
Soya südü və soyalı qidalar yaşlılıqdan qaynaqlanan zəka çatışmazlığını gecikdirir.
Qoz, fındıq, fıstıq:
Diqqət üçün qoz, fındıq, fıstıq kimi sinirləri qüvvətləndirən qidaların yeyilməsi məsləhət görülür. (leydi.az)
İnterpress.az