O, deyib ki, Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin istifadəsi üçün yer ayrılması sırf hərbi baxımdan çox yaxşı addımdır.
Azad İsazadə: “Bakı Türkiyə Silahlı Qüvvələri ilə birgə qorunacaq”.
Ekspertin fikrincə, bununla ilk növbədə türk hərbi aerodromu Bakının yaxınlığında olacaq və Türkiyə Silahlı Qüvvələri gələcəkdə Bakının təhlükəsizliyini Azərbaycanın Hərbi Hava Qüvvələri ilə bir yerdə təmin edəcək:
\”Digər tərəfdən Azərbaycan hərbi pilotlar üçün yaxşı təlim bazası olacaq. Sözsüz ki, Türkiyədə gedən hərbi prosesləri kənara qoysaq, Türkiyə kimi güclü ordunun hərbi qüvvələrinin Azərbaycanda olması müsbət rol oynayacaq. Bəzi xarici dövlətlərdən bununla bağlı narazılıq da eşidə bilərik. Amma bu faktın hərbi baxımdan Azərbaycan üçün müsbət tərəfləri çoxdur”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında \”Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. (Tezis.az)
İnterpress.az