Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda iki dəfə zəlzələ oldubackend

Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda iki dəfə zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Gürcüstanın “İmedia” televiziya kanalı məlumat verib. Məlumata görə, zəlzələ Ermənistan sərhədinin bir kilometrliyində olub. Zəlzələnin episentri Dmanisi yaxınlığındakı azərbaycanlıların yaşadığı Söyüdlü kəndində olduğu bildirilib.

Zəlzələ baş verən bölgədə dağıntı və tələfat olmayıb. Zəlzələ zamanı yeraltı təkanların gücü 4,4 bal olub.

Qeyd edək ki, bu gün təkrar olaraq qeydə alınan zəlzələ Dmanisidə olan ikinci zəlzələdir. İyulun 12-də isə həmin rayonda 4,8 bal gücündə zəlzələ olmuşdu. (apa)

İnterpress.az