1 gün ac qalmaq orqanizmi 3 ay cavanlaşdırır!backend

1 gün ac qalmaq orqanizmi 3 ay cavanlaşdırır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, qida bağırsaqlardan 2 gün ərzində keçir, bu səbəbdən, birgünlük ac qalmaq elə də əziyyətli proses deyil. Düzgün təşkil olunmuş pəhrizlə həzm sisteminin fəaliyyəti yaxşılaşır və bədənə zərər dəymir. Əksinə, çox faydalıdır.

Yeməkdən 1 günlük imtina. Fayfalar
– Bu pəhrizi həftədə bir dəfə tətbiq etdikdə orqanizmdəki fövqəladə dəyişikliyi çox gözləməli olmayacaqsınız.
– Birgünlük ac qaldıqdan sonra səhəri gün güzgüdə əksinizə baxanda dəyişikliyi açıq-aşkar müşahidə edəcəksiniz. Dəri hamar və parlaq olacaq! Göz qapaqlarındakı torbalar və şişkinlik azalacaq.
– Bir gündən sonra bağırsaqlarda yığılmış bütün qida qalıqları tamamilə xaric olacaq. Həzm yolu saat kimi işləyəcək.
-Tərəzinin üstünə çıxın: 1 kq az göstərəcək. Təəccüblənmək lazım deyil, yalnız ertəsi gün çox yeyib bunun əvəzini çıxmaq olmaz. Uzunmüddətli müsbət nəticə üçün mütəmadi olaraq, həftədə bir dəfə ac qalın.
– Bununla orqanizmdə mübadilə prosesləri normaya düşəcək. Pəhriz zamanı boy hormonları da artır. Bu hormonlar yetkin insanlarda əzələ kütləsinin artmasına, sümüklərin möhkəmlənməsinə və yağların parçalanmasına kömək edir.
– Beynin işini aktivləşdirməklə onu yeni fikirlərin axtarışına stimullaşdırmaq mümkündür. Bəzilərinin hətta yaradıcılıq bacarığı və mənəvi yüksəliş istəyi artır.
– Bədənə müxtəlif xəstəliklərlə mübarizə aparmağa yardım etmiş olarsınız. Ac qalmaq astmanı əhəmiyyətli dərəcədə azaldır, ürək-damar xəstəlikləri riskini də azaltmaqla yanaşı, tutmaların sayı və onların intensivliyini aradan qaldırır, həmçinin orqanizmin immun sistemini möhkəmləndirir. Ən əsası, orqanizm 3 ay cavanlaşır.
– Siz yeməklərə olan psixoloji bağlılıqdan azad olacaqsınız, bütün günü nə isə çeynəmək kimi pis vərdişlər də öz-özünə aradan qalxacaq. (saglamolun.az)

İnterpress.az