“Türkiyə nə ABŞ, nə də Avropa Birliyindən üz döndərməyəcək”backend

“Türkiyə nə ABŞ, nə də Avropa Birliyindən üz döndərməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səslənən ittihamlar ailə arasında olan inciklikdən irəli səviyyəyə keçməyəcək”.

Bu fikirləri politoloq Zərdüşt Əlizadə Türkiyədə hərbi çevriliş cəhdindən sonra rəsmi Ankaranın ABŞ əleyhinə səsləndirdiyi fikirlərə münasibətini bildirərkən qeyd edib.

Xatirladaq ki, Türkiyədə baş verən 15 iyun- uğursuz qanlı qiyamdan sonra rəsmi Ankaradan ABŞ əleyhinə fikirlər səsləndirildi və hətta qiyamın arxasındakı gücün ABŞ olduğu qeyd olundu. Həmçinin Türkiyə höküməti ölüm hökmünün bərpa ediləcəyini dilə gətirməklə Avropa Birliyinə arxa çevirmiş oldu. Bundan sonrakı dönəmdə Türkiyə-ABŞ, Türkiyə-Avropa Birliyi münasibətləri barədə nə deyə bilərsiz? Uğursuz hərbi çevriliş regionun geopolitik durumuna necə təsir edəcək? Yaxın və Orta Şərqdə yeni ittifaqların qurulması nə qədər mümkündür?

Zərdüşt Əlizadə : “Mən də ABŞ-Türkiyə, Türkiyə- Avropa Birliyi münasibətlərinin gələcəyinə nikbin baxıram”.

Politoloqun fikrincə, baş verənlər ikitərəfli münasibətləri elə də ciddi ziyan gətirməyəcək. Çünki istər ABŞ-Türkiyə, istərsə də Türkiyə- Avropa Birliyi arasında birləşən çox ciddi siyasi-iqtisadi maraqlari var. Zədüşt Əlizadə həmçinin Türkiyədəki çevrilişin arxasında ABŞ-ın durması fikrini də ciddi qəbul etmədiyini bildirib:

“Məncə hər şey yaxşı olacaq. Elə də ciddi dəyişikliklər gözləmirəm. Çünki onlar strateji baxımdan eyni maraqlara sahibdirlər. Ailə üzvləri arasında da narazılıqlar olur. Bir də görürsüz ki, bacı-qardaş, ata-oğul arasında da problemlər olur. Türkiyə nə ABŞ, nə də Avropa Birliyindən üz döndərməyəcək. Öz növbəsində ABŞ da Türkiyə kimi tərəfdaşından imtina etməz. ABŞ-ı ittiham etməsinə gəldikdə isə bu məsələ bir o qədər də ciddi deyil.

Çünki ABŞ Fətullah Gülənə dəstək vermir və Gülənində Türkiyədə bu qədər böyükmiqyaslı çevriliş etməyə imkanı yoxdur. Mən ona görə də ABŞ-Türkiyə, Türkiyə- Avropa Birliyi münasibətlərinə nikbin baxıram. Türkiyə NATO üzvü kimi Qərb dünyasının tərkib hissəsi olacaq. Başqa ittifaqlara isə qoşulmayacaq. Mənim qənaətim belədir”. pia.az

İnterpress.az