Məlumata görə, ilk turda portuqaliyalı Antonio Quterreş ən çox səs sahibi olub. Ondan sonrakı yerləri isə Sloveniyanın eks-prezidenti Danilo Turk, YUNESKO-nun baş direktoru olan bolqarıstanlı İrina Bokova, Serbiyanın keçmiş xarici işlər naziri Vuk Yeremiç, Makedoniyanın keçmiş xarici işlər naziri Srcan Kərim tutub.
Qeyd edək ki, Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri olub. 2005-ci ildə o, BMT-nin Qaçqınlarla İş üzrə ali komissarı seçilib. (musavat)
İnterpress.az