Dünyada enerji resurslarının qiyməti ucuzlaşsa da yenə də ən çox qazanc olan sektorlardan biri elə bu sahədir.
Bəs bu sektorun rəhbərləri necə, onlar nə qədər qazanır və ya maaş alırlar?
Dünyanın əsas neft-qaz ölkələrində bu sahənin “öndəgedənləri”nin gəliri barədə ətraflı məlumat olmasa da bəzi ipucular olmamış deyil.
Məsələn, dünyanın əsas xam neft istehsalçılarından Rusiyanın dövlət neft şirkətinin rəhbəri İqor Seçinin aylıq əməkhaqqı 300-400 min dollar kimi göstərilir. “Forbes”in 2013-cü ilə olan məlumatına görə isə əlavə gəlirləri ilə birlikdə Seçinin illik rəsmi məvacibi 50 milyon dollar olub. Eyni məlumata görə Qazpromun icraçı direktoru Aleksey Miller isə ilə 25 milyon dollar qazanır.
İran və Səudiyyə Ərəbistanı qapalı ölkələr olduğundan həmin dövlətlərin “neft-qaz şefləri”nin rəsmi maaşını müəyyənləşdirmək demək olar ki, mümkün deyil.
Bəs SOCAR necə? Təəssüf ki, Azərbaycan Dövlət Neft Şirkəti də şirkət prezidenti Rövnəq Abdullayevin rəsmi maaşını açıqlamır.
Amma oxşar nümunələrə əsasən SOCAR şefinin də onlardan geri qalmadığını söyləmək olar.(azerbaycan24com)
İnterpress.az