Bunu “Reuter”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Fransa da fövqəladə vəziyyəti 3 aydan sonra bir daha uzatdı. Bu məslədə hər hansı problem yoxdur. 3 aydan sonra lazım olarsa, fövqəladə vəziyyət müddəti bir daha uzadıla bilər.
Vaxtında vəziyyət bir daha dəyərləndirilib lazımi addımlar atılacaq”-deyə, president vurğulayıb.
Onun sözlərinə görə, hədəfimiz bəlli. “Bölücü terror təşkilatı ilə mübarizəmiz necə davam edirsə, bunlarla da sonadək mübarizəmizi davam etdirəcəyik: “Bunlar dövlətə qarşı bir qəsddə bulundular. Ölkənin tankını topunu ələ keçirərək millətə qarşı istifadə etdilər. Belə etmək olarmı? Amma bunlar bunu etdilər”. (gununsesi)
İnterpress.az