Bütün məscidlərimizdə Türkiyə şəhidlərinin xatirəsi anılacaqbackend

Bütün məscidlərimizdə Türkiyə şəhidlərinin xatirəsi anılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, bu gün Azərbaycanın bütün məscidlərində qardaş Türkiyədə 15-16 iyul tarixlərində baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ruhuna dualar oxunacaq, cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq.

Bu barədə İnterpress.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dini maarifləndirmə və milli-mənəvi, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği çərçivəsində Zaqatala-Şəki bölgəsində səfərdədirlər.

Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki Cümə məscidində cümə namazında iştirak edəcəklər.