Agentlikdən İnterpress.az-a verilən məlumata görə, Ağdam rayonu, Zəngişalı kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 100 kv.m ərazi yoxlanılıb.
Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 100 kv. m ərazi yoxlanılıb.
Hesabatda bildirilib ki, Tərtər rayonu, Həsənqaya kəndində 1 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.
Cəmi 1 ev və həyatyanı sahə, 4 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.
İyulun 22-də 1 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 7 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 10 100 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 629 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 594 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
İnterpress.az