“Balyoz” çevriliş cəhdində ittiham olunara 16 il həbs cəzası alan və 3,5 il həbsdə yatandan sonra azad edilən polkovnikn Aykar Tekin muğlanın Marmaris qəsəbəsindəki aksaz Hərbi Deniz Qüvvələr Cənub Qrup komandiri təyin edilib.
Gununsesi.info “Haberturk”ə istinadən xəbər verir ki, bəraət alaraq həbsdən azad edilən polkovnik Aykar Tekin 2014-cü ilin iyun aynda Hərbi-Dəniz Qüvvələrində xidmətə qayıdıb.
İyulun 15-də Türkiyədəki qiyam hadisəsindən sonra polkovnik Albay Tekin təcili olaraq xidmətə çağrılaraq Aksazdakı Hərbi-Dəniz Qüvvələrinin Cənub Qrup komandiri təyin olunub.
A.Tekin Ağdəniz və Ege dənizlərində xidmət edən hərbi gəmilərdən məsul şəxs olacaq. (gununsesi)
İnterpress.az