Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, ölənlərdən üçü Sevda Dağ, Can Leyla , Selçuk Kılıç adlı Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzinə silahlı hücum edən İran əsilli 18 yaşlı Almaniya vətəndaşı içəridəkiləri atəşə tutub. Nəticədə 10 nəfəri ölüb, 21 nəfər yaralanıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
İnterpress.az