70-ci illərin körpüsü bərpa edildibackend

70-ci illərin körpüsü bərpa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azəravtoyol\” ASC-dən Interpress.az-a verilən məlumata görə, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir.

Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı və mütəxəsislərin iştirakı ilə canlı qüvvə və texnika cəlb olunub. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilərək üzərisi isə asfaltlanıb.

Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilmişdi.

Interpress.az