Tərkib:
1 ədəd orta boy qarpız
1 st. moruq
1 st. qarağat
1 st. badam ləpəsi
Krem üçün:
2 paket krem-şanti
3 st. soyuq süd
Hazırlanması:
Qarpızın qabığı soyulub, baş və alt hissəsi kəsilib, dik şəkildə nimçəyə yerləşdirilir.
Krem-şanti südlə mikserlə çırpılıb dondurucuya qoyulur.
Krem dondurucudan çıxarılıb, qarpızın hər tərəfinə çəkilir.
Tortun kənarları doğranmış badamla, üzəri isə giləmeyvələrlə bəzədilib soyuducuya qoyulur.
İnterpress.az