Türk futbolçu Arda Turanla söhbətləşən prezident onun hərbi çevrilişlə bağlı mövqeyinə görə çox şad olduğunu bildirib:
“Sən bizim qardaşımızsan. Hərbi çevrilişə cəhdlə bağlı sözlərin məni çox şad etdi. Sənin kimi nüfuzlu bir insanın sözləri bu cür məsələlərdə mühüm əhəmiyyət kəsb edir”. Xatırladaq ki, Arda Turan İnstaqram hesabında prezidentlə çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb:
“İndi siz “yaltaq” deyirsiniz, deyin. Həyatı boyu dövlətin heç bir qurumundan yardım istəməyən biri olaraq yazıram. Xəstələndik, axtardın. Kədərləndik, axtardın. Sevindik, axtardın. Allahın salamını göndərdik, axtardın. Dünyanın hər yerində sahib çıxdın. Sizinlə danışarkən “siz” belə demədik. Hər dəfə böyük qardaşlıq etdiniz, sahib çıxdınız. Bu gün sizin üçün çətin gündürsə, yanınızdayıq. İnanıram ki, bu ölkəni, vətəndaşları yenidən birləşdirəcəksiniz. Allah iki dünyada sizi xoşbəxt etsin. Mənim vicdanımdakı vəfa, sevgiylə… Mənim Ali Baş Komandanım sizsiniz, istənilən halda”. (femida.az)
İnterpress.az